Metafit Pro Air Max
Təsvir
Gündəlik yürüş və qaçış məşqlərini ev rahatlığında et. MetaFit Pro Air Max geniş qaçış səthi və funksional idarəetmə paneli ilə rahat kardio məşqləri üçün hazırlanmış qaçış aparatıdır.
Ön idarəetmə paneli məşq zamanı əsas göstəriciləri izləməyə və aparatın funksiyalarını rahat idarə etməyə imkan verir. Tutacaqlar məşq zamanı əlavə dayaq yaradır, təhlükəsizlik açarı isə fövqəladə vəziyyətdə aparatın dayandırılması üçün nəzərdə tutulub.
Konsolun hər iki tərəfində yerləşən bölmələr su qabı və kiçik şəxsi əşyaları əl altında saxlamağa imkan verir. Ön hissədəki nəqliyyat təkərləri isə aparatın yerini dəyişməyi asanlaşdırır.